Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada həlak olan fələstinlilərin sayı 30 minə yaxınlaşır

Qəzzada həlak olan fələstinlilərin sayı 30 minə yaxınlaşır


İsrailin 2023-cü il, oktyabrın 7-dən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı 30 minə yaxınlaşır.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məılumat BMT hesabatında əksini tapıb. Bildirilib ki, ümumilikdə bu müddət ərzində 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla 29 min 782 fələstinli həlak olub. Həmçinin 70 min 43 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu ehtimal edilir.

8 oktyabr 2023-cü ildən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 212 Hizbullah üzvü, 11 Əməl üzvü, 12 Fələstin İslami Cihad Hərəkatı və 12 Həmas Hərəkatı üzvü, o cümlədən 43 Livanlı mülki şəxs, 1 əsgər, 2 Livan təhlükəsizlik zabiti İsrail vətəndaşları və 11 İsrail əsgəri həyatını itirdi.

Mehman Mehdiyev
Xəbəri paylaş