"Yalnız Ermənistan və Azərbaycan arasında sabit razılaşma Cənubi Qafqazda daha yaxşı gələcəyə yol aça bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Yunanıstanın baş naziri Kiriakos Mitsotakis erməni həmkarı Nikol Paşinyanla görüşündə səsləndirib. O bildirib ki, Yunanıstan “Sülhün kəsişməsi” təşəbbüsünü dəstəkləyir:
"Bu, regionun münaqişə zonasından Körfəz ölkələrini Aralıq dənizi ölkələri ilə birləşdirən ticarət mərkəzinə çevrilməsinə imkan verəcək. Yalnız ümumi rifah silahları susdura bilər",-deyə Kiriakos Mitsotakis söyləyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstana səfər edib.
Mehman Mehdiyev