“Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri çox güman ki, daha çox hərbi xarakter daşıyır və Ukrayna lideri Fransanın Ermənistana verdiyi hərbi avadanlıqların bir qismini Kiyevə aparacaq”. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb.
Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Fransa Rusiyadan ehtiyat etdiyi üçün Ukraynaya birbaşa hərbi texnika verməkdə ehtiyat edir və bunu Ermənistan vasitəsilə həyata keçirməyi düşünür:
“Çünki iqtisadi baxımdan Kiyevlə İrəvanı bir-birinə heç nə bağlamır. Ermənistan iqtisadi baxımdan elə bur perspektivli ölkə deyil ki, Ukrayna bu əlaqələrdən nəsə qazana bilsin”.
Analitik Qrup hesab edir ki, Zelenskinin Ermənistana səfəri Moskva ilə İrəvan arasındakı onsuz da sərin münasibətləri bir qədər gərgin məcraya sürükləyər.
Mehman Mehdiyev