Türkiyədə şəhid, qazi və veteran qohumlarının dövlətin müxtəlif qurumlarında müvafiq vəzifələrə təyinatı prosesi uğurla davam edir.
Newscenter.az-ın xəbərinə görə, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.
Nazir bildirib ki, gələn ay daha yüzlərlə şəhid və veteran yaxını müxtəlif vəzifələrə təyinat alacaq:
"Martda 500-dən çox şəhid, veteran və veteran qohumu dövlət qurumlarında müxəlif vəzifələrə təyin olunacaq".
Nərgiz Əzizova