Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Şurasının baş katibi Navalnının ölümünün effektiv araşdırılmasını istəyib

Avropa Şurasının baş katibi Navalnının ölümünün effektiv araşdırılmasını istəyib


Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Rusiyanı həbsxanada ölən dissident Aleksey Navalnının ölümü ilə bağlı effektiv araşdırma aparmağa çağırıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, bunu baş katib Buriç Strasburqda Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə görüşündə deyib.

Buric Navalnıya həyat yoldaşının ölümü ilə bağlı başsağlığı verən baş katib deyib ki, Navalnının ölümünü onun əvvəllər məruz qaldığı insan haqları pozuntularından ayırmaq olmaz.

Bu pozuntular arasında Navalnını zəhərləmək cəhdi və qeyri-insani və ləyaqəti alçaldan rəftarın olduğunu iddia edən Buric, bu vəziyyətə görə Rusiya hakimiyyətini məsuliyyət daşıdığını bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş