Türkiyənin Çanaqqala boğazı tranzit gəmilərinin hərəkəti üçün bağlanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb boğazda qatı duman olmasıdır. Belə ki, boğazda hərəkət qatı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.
Günorta saatlarında Boğaziçi sahillərində təsirini artıran duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub. Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi radio ilə şimal və cənubdan daxil olan gəmilərin kapitanlarına xəbərdarlıq edərək, boğazın iki tərəfli tranzit gəmilərə bağlandığını açıqlayıb.
Duman aradan qalxdıqdan sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.
Mehman Mehdiyev