"Nə qədər ki, Azərbaycan və Ermənistan arasında sülh yoxdur gərginlik ehtimalı hər zaman qalacaq. Çünki öz Cənubi Qafqaz maraqlarını təmin etmək istəyən ayrı-ayrı güclər məhz sülhün olmamasından istifadə edərək müdaxilə etmək imkanları əldə edirlər".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, məhz Ermənistanın davranışları və tütduğu dstruktiv mövqe ucbatəndan Cənubi Qafqaz faktiki olaraq Qərblə Rusiya arasında bir savaş meydanına çevrilir. Bir tərəfən indiyə qədər Ermənistan üzərindəki təsir dairəsini əldən vermək istəməyən Rusiya, digər tərəfdə isə Cənubi Qafqazdan pay almaq istəyən Qərbin olması təbii olaraq vəziyyəti gərginləşdirir".
Yusif Bağırzadə deyib ki, hadisələrin bu şəkildə inkişafı regionda yeni gərginlik ehtimalını daha da artırır:
"Əgər Ermənistan bu şəkildə davam edəcəksə, yəni Ermənistanı Rusiya ilə Qərb arasında bir savaş poliqonuna çevirəcək fəaliyyətdən əl çəkməzsə bunun çox ağır bədəllərini ödəyəcək.
Təbii ki, bu qarşıdurmadan biz də, Cənubi Qafqazın digər ölkələri də ziyan şəkəcək. Ancaq ən çox zərər görən məhz Ermənistan olacaq".
Süleyman