"Azərbaycan manatının Amerika dollarına nisbətdə dəyərinin aşağı düşəcəyi riski varsa da, ancaq indiki mərhələdə ciddi devalvasiyanın olacağı gözlənilən deyil".
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, ölkədə həyata keçirilən uğurlu pul-kredit siyasəti manatın dəyərinin sabit saxlanılmasına imkan verir:
"Cüzi miqdarda dəyişiklik olsa da, lakin bunun manatın devalvasiyasına gətirib çıxaracağı mümkün görünmür".
Natiq Orucov