Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Enerji idxalı azalıb

Enerji idxalı azalıb


Türkiyədə enerji idxalında azalma tendensiyası müşahidə edilir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, cari ilin yanvarında enerji idxalı 25,7 faiz azalıb.

Nəticə etibarilə Türkiyənin enerji idxalı üçün ödədiyi məbləğ yanvar ayında 2023-cü ilin eyni ayına görə azalaraq 6 milyard 534 milyon 699 min dollara çatıb.

Ümumilikdə isə Türkiyənin yanvar ayında cəmi idxalı əvvəlki ilin eyni ayına görə 22 azalaraq 26 milyard 218 milyon 363 min dollar təşkil edib.

Bu dövrdə xam neft idxalı isə 7,3 ​​faiz artaraq 2 milyon 420 min 115 tona çatıb.

Natiq Orucov
Xəbəri paylaş