"Ermənistan Avropanın təxribatlarına təəssüf ki, şərik çıxır və regionda yeni gərginlik yaratmaq istəyir".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter.az-a Analitik Qrupdan bildirilib ki, bu oyunun başında isə Fransa dayanır:
"Yegane məqsəd Cənubi Qafqazda yeni qarşıdurma yaratmaqdır. Burada Avropanın digər bir məqsədi isə Ermənistan cəbhəsindən Rusiyaya qarşı hücuma keçməkdir. Ukrayna məsələsində Rusiyanı çökdürə bilməyən Avropa indi də Ermənistan vasitəsilə Rusiyaya təzyiq göstərmək, onu sıradan çıxarmaq istəyir".