Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandan alət kimi istifadə etməyə çalışırlar

Ermənistandan alət kimi istifadə etməyə çalışırlar


Fransa ciddi cəhdlə Ermənistanı uçuruma sürükləyir. Bu ölkənin Ermənistanı silahlandırmağa yönəlik cəhdləri bunu aydın sübuta yetirir. Elə politoloq Yusif Bağırzadə də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, o deyib ki, Fransanın Cənubi Qafqaz maraqları ucbatından hazırda Ermənistan ərazisi müxtəlif ölkələrin təsir dairələrinə bölünməyə başlayıb:

"Başda Fransa və ABŞ olmaqla Avropa İttifaqının digər söz sahibləri də özləri üçün pay istəyir. Və bu güclərin hər biri prossesdə Ermənistandan alət kimi istifadə etməyə çalışırlar. Ermənistan isə onların diqtəsi ilə oynamağa məhkumdur. Çünki Rusiyanın çətiri altından çıxmaq istəyən bir ölkə olaraq və bütün mövcudluğu dövründə müstəqil siyasət yürüdə bilməyən Ermənistan üçün indi yeni havadarlara sığınmaqdan başqa yol yoxdur”.

Mehman Mehdiyev
Xəbəri paylaş