Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında STEAM üzrə “Robotunu yarat” müsabiqəsi keçirilib.
Newscenter.az Muxtar Respublikanın Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə şəhər və rayon məktəblərindən 40 komandada 100-dən artıq VI-XI sinif şagirdi iştirak edib.
Müsabiqədə münsiflər heyəti tərəfindən hazırlanan layihələrin qiymətləndirilməsi aparılmış, dizayn, robotların işləməsi, mühəndislik, proqramlaşdırma, hərəkət və ya komanda vermə ilə əlaqəli tapşırıqları icra edən ən yaxşı layihələr qalib elan edilib.
Sonda qalib olan komanda rəhbəri və üzvləri medal və fəxri fərmanla təltif olunub.
Anar Əliyev