Nigeriyanın şimalındakı Yobe əyalətində meningit epidemiyası ölümə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, epidemiya 20 şagirdin həyatına son qoyub.
Yobe əyalətinin Təhsil Nazirliyinin rəsmilərindən olan Məhəmməd İdris mətbuata verdiyi açıqlamada əyalətdəki bəzi məktəblərdə menenjit epidemiyası aşkar etdikləri barədə məlumat paylaşıb.
İdris də epidemiya səbəbiylə 20 şagirdin öldüyünü, bəzi tələbələrin isə xəstəxanada müalicə olunduğunu bildirib.
Məhəmməd İdris menenjit epidemiyasına qarşı sağlamlıq tədbirlərini artırdıqlarını və lazımi tədbirləri gördüklərini qeyd edib.
Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün yeni tədbirlər gördüyünü açıqlayıb.
Mehman Mehdiyev