Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sankt-Peterburqda "Azad Xocalı" adlı tədbir keçirilib

Sankt-Peterburqda "Azad Xocalı" adlı tədbir keçirilib


26 fevral 2024-cü il tarixində Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyəti və Leninqrad Vilayəti Azərbaycan Milli-mədəni Muxtariyyatının birgə təşkilatçılığı ilə Sankt-Peterburqda Mərkəzi Rayon Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə "Azad Xocalı" adlı tədbir keçirildi.

Cəmiyyətin müxtəlif sahələrindən və o cümlədən digər təşkilatlardan, diasporalardan qonaqlar dəvət olundu. Tədbirin moderatoru Qadınlar Şurasının üzvü Aygün Qurbanova idi.

Açılış bir dəqiqəlik sükut və Azərbaycanın himni ilə başlandı. Leninqrad Vilayəti Azərbaycan Milli-mədəni Muxtariyyatının sədr müavini və "Xan qızı Natavan" DAİQB nin rəhbəri Könül Abbasova tədbiri açıq elan edib, Vilayət üzrə Qadınlar Şurasının rəhbəri və "Azad Xocalı" layihəsinin yaradıcısı Nəzakət Əhmədovanı tribunaya dəvət etdi.

Nəzakət xanım qonaqları salamlayaraq öz çıxışı ilə tədbirin iştirakçılarına bildirdi ki, 32 ildir ki, biz bu günü göz yaşları ilə xatırlayırıq. Amma şükürlər olsun ki, bu gün alnı açıq , namusu təmizlənmiş , qisası alınmış Xocalını yad edirik. Bu qalibiyyəti bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizin şücaətinin, qəhrəmanlığının qarşısında baş əyirik! Cənab Ali Baş Komandanımız İlham Əliyevin intelektual siyasətinin qarşısında baş əyirik!..

Ardınca Sankt-Peterburqun Vıborg rayonunun Mərkəzi Kitabxana Sisteminin direktoru Pankova Raisa Nikolayevnaya söz verildi.

Xocalı soyqırımının əsl hadisələrindən bəhs edən video materiallar və sənədli filmlər, fotomateriallar nümayiş etdirildi.

Tədbir iştirakçılarının sırasında olan Qadınlar Şurasının üzvü Sevinc Orucova "Qisasın allndı, bil,ay Xocalı" şerini söylədi.

Tədbirə dəvət almış ziyalılar, iş adamları və diasporanın digər üzvləri öz çıxışlarında Xocalı facıəsini Azərbaycan xalqının qan yaddaşına həkk olmuş ən acı faciə kimi silinməyən bir iz qoydugunu bildirdilər və hər kəs öz çıxışlarında Xocalı faciəsinin gələcək nəsilə ötürülməsini özlərinin vətəndaşlıq və insanlıq borcu hesab etdilər.

Nəzərinizə çatdırırıq ki, tədbirdə digər xalqların (tatar,inquş, çərkəz) Diaspora rəhbərləri də iştirak edirdilər.

Sankt-Peterburqda fəaliyyət göstərən və Diasporamızın üzvü olan İxtiyar Əliyev qış üzgüçülük idmanı üzrə müsabiqənin bir gününü Xocalı faciəsinə həsr etmişdir. Onun bu addımı Diaspora tərəfindən qiymətləndirilmiş, fəxri və təşəkkür diplomları ilə təltif olunmuşdur. Sankt- Peterburq Azərbaycanlıları Cəmiyyəti Qadınlar Şurasının rəhbəri Zəminə Yusifova idmançımızı təbrik etmiş və ona uğurlar arzulamışdır.

Yekun olaraq Xocalının azad edilməsi və Prezidentin and içmə mərasimini əks etdirən sənədli film izlənildi.

Tədbirin qonagı olan axund Əli bütün şəhidlərimizin ruhuna dualar oxudu və tədbirin bütün qonaqlarını ehsan süfrəsinə dəvət etdi.

Sonda xatirə şəkilləri çəkildi.

Nəzakət Əbdülqızı, Sankt-Peterburq

Xüsusi olaraq NEWSCENTER.AZ üçün
Xəbəri paylaş