İstanbul hava limanı sərnişin sayı və hərəkətliliyinə görə, Avropanın hava limanlarını geridə qoyur.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, başa vurmaqda olduğumuz fevral ayında da İstanbul hava limanı eyni templə davam edib. Belə ki, Hava Limanı 12-18 fevral tarixləri arasında gündə orta hesabla 1302 uçuşla Avropanın ən işlək hava limanı olub.
Bu göstərici Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 12-18 fevral tarixləri üçün Avropa Aviasiya Hesabatında da əksini tapıb.
İstanbul hava limanınından sonra gündə 1271 uçuşla London Hitrou və 1265 uçuşla Amsterdam Schiphol hava limanları yer alıb.
Natiq Orucov