İstanbulun Sabiha Gökçen Hava Limanına uçuşların sayı 10 faiz azaldılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb şəhərdə, xüsusilə sözügedən hava limanında qatı dumanın olmasıdır.
Sabiha Gökçen Hava Limanı Meteoroloji Fövqəladə Komitəsi (MADKOM) gözlənilən mənfi hava şəraiti səbəbindən sabah saat 13:00-a qədər uçuşlar üçün 10 faiz azalma qərarının verildiyini deyib.
Bildirilir ki, bütün sərnişinlər uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet saytından və zəng mərkəzlərindən izləməlidirlər. tövsiyə olunur.
Nərgiz Əzizova