Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə zəncirvari qəza, çoxlu sayda yaralı var

Türkiyədə zəncirvari qəza, çoxlu sayda yaralı var


Türkiyədə zəncirvari yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Diyarbəkirdə qeydə alınıb. Belə ki, sözügedən vilayətdə baş verən zəncirvari yol qəzasında 12 nəfər yaralanıb.

Şəhər bələdiyyəsinin yaydığı xəbərə görə, hadisə Dəclə Universitetinin girişində, 6 avtomobilin iştirakı ilə baş verib. Qəzaya uğrayan avtomobillərdən biri mikroavtobus olub. Mikroavtobusun idarəetmədən çıxaraq işıqforun qırmızı işığında gözləyən avtomobilə çırpılması zəncirvari qəzaya səbəb olub.

Qəzada yaralanan 12 nəfər təcili yardım maşınları ilə Dəclə Universiteti Xəstəxanasına və Səlahəddin Əyyubi Dövlət Xəstəxanasına aparılıb.

Sona
Xəbəri paylaş