Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalya Forumunu 20 min polis mühafizə edəcək

Antalya Forumunu 20 min polis mühafizə edəcək


Martın 1-3-ü tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Forum səbəbindən Antalyada təhlükəsizlik tədbirləri gücləndirilib.

Newscenter.az Antalya valisi Hulusi Şahinə istinadən bildirir ki, Forumun mühafizəsinə 20 min polis əməkdaşı cəlb edilib.

Vali qeyd edib ki, polis bütün hazırlıqlarını yerinə yetirib:

"İstər öz əyalətimizdən, istərsə də ətraf əyalətlərdən 20 minə yaxın polis forumun təhlükəsizliyinə cəlb edilib. Hazırlıqlarımız şəhərin hər nöqtəsində, bütün yollarda və bölgələrdə tamamlanıb. Dəniz və hava yolu ilə ehtiyat tədbirləri görmüşük. Antalya onsuz da təhlükəsiz şəhərdir, Türkiyə təhlükəsiz ölkədir. Biz qonaqlarımızı rahatlıqla qəbul edəcəyik".

Mehman Mehdiyev
Xəbəri paylaş