“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
Newscenter.az xəbər verir ki, görüş martın 1-də paytaxtdakı 65 nömrəli tam orta məktəbdə baş tutacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı cüdoçu, ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
R.Mehdiyeva