Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc alim, doktorant və magistrlar elmi məqalələr yazmağa təşviq edilir

Gənc alim, doktorant və magistrlar elmi məqalələr yazmağa təşviq edilir


Azərbaycan Respublikası Gənclər fondunun dəstəyi ilə “Elm” Gənclərin Sosial-intellektual İnkişafına dəstək İctimai Birliyi “Xudafərin gənc alimlərin tarixin elmi araşdırmalarında” layihəsini həyata keçirilib.

Newscenter.az xəbər verir ki, 3 ay müddətində həyata keçirilən layihə Bakı şəhəri, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edib.

Layihənin məqsədi gənc alim, doktoran və magistrların yeni elmi məqalələr yazmasına təşviq etmək, İşğaldan azad olunmuş ərazilər haqqında istinad mənbəyi formalaşdırmaqdır.

Layihə çərçivəsində ilkin görüş keçirilib, müzakirələr aparılıb. Daha sonra kativ iştirakçılardan ibarət 20 nəfərlik qrupun Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəmiz - Xudafərin körpüsünə ziyarət təşkil edilib.

Layihə iştirakçıları ilə birgə yekun görüş keçirilib, iştirakçılar səfərlə bağlı öz təəsüratlarını bölüşüblər.

Gənclər öz elmi məqalələri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

NEWSCENTER.AZ
Xəbəri paylaş