Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hakim “Vətəndaş sazişi” fraksiyası ilə qapalı iclas keçirib.
Newscenter.az news.am-a istinadən xəbər verir ki, görüş zamanı hökumət üzvləri və “Yerxapah” Könüllülər Birliyinin prezidenti Sasun Mikayelyan da iştirak edib.
Görüşün gündəliyi və orada müzakirə edilən məsələlərlə bağlı heç bir təfərrüat açıqlanmasa da, Paşinyanla geniş spektrli məsələlərin müzakirə edildiyi bildirilir.
Qeyri-rəsmi məlumatlar görə, baş nazirlə görüşdə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd olmaq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Anar Əliyev