Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlərlə mülki müdafiə ilə əlaqəli maarifləndirici söhbətlər aparılıb

Şagirdlərlə mülki müdafiə ilə əlaqəli maarifləndirici söhbətlər aparılıb


Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Bakının Nərimanov rayonundakı 93 saylı tam orta məktəbdə baş tutub.

Məktəbin müvafiq sahə üzrə müəllim kollektivi və şagirdlərin iştirakı ilı keçirilən tədbirdə şagirdlərin diqqətinə çatdırılıb ki, 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür.

Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub.

Tədbir zamanı mülki müdafiə ilə əlaqəli şagirdlərlə maarifləndirici söhbətlər aparılıb.

Süleyman
Xəbəri paylaş