Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AP-nin hesabatından elə təəssürat yaranır ki, sənəd, Ermənistan XİN tərəfindən hazırlanıb

AP-nin hesabatından elə təəssürat yaranır ki, sənəd, Ermənistan XİN tərəfindən hazırlanıb


"Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış fikirlər birtərəfli, beynəlxalq hüquqa zidd, qərəzli xarakter daşıyır.

Yeri gəlmişkən, biz Milli Məclis olaraq Avropa Parlamentinin qəbul etdiyi hesabatın qərəzli, ədalətsiz, birtərəfli qaydada hazırlandığını bildirmiş və qəti şəkildə etiraz etmişik".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Avropa Parlamentinin məlum hesabatını şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, xalqımız bilməlidir ki, son zamanlar, bu tipli sənədlərin qəbul edilməsinin əsas səbəbi, 44 günlük müharibənin yaratdığı reallıqlar və ondan sonra ölkə ərazisində 200 ildən bəri mövcud olan separatizmin kökünün kəsilməsidir:

"Bunu həzm edə bilmədiklərinə görə, belə sənədlər ortaya çıxır.

Necə ola bilər ki, avropalı parlamentarilər Ermənistanın silahlandırılması, ərazi bütövlüyünün qorunmasının zərurətindən danışır, ancaq Azərbaycanın suveren hüquqlarınl, ərazi bütövlüyünü şübhə altına alırlar. Demokratiya, söz azadlığı kimi ifadələr altında məkrli siyasət aparanların əsas məqsədləri Ermənistanın bölgədəki destruktiv siyasətinə dəstək verməkdən ibarətdir. Hesabatla tanış olanda elə təəssürat yaranır ki, sənəd, Avropa Parlamenti yox, Ermənistan xarici işlər nazirliyi tərəfindən hazırlanıb".

Deputat qeyd edib ki, Avropa Parlamentinin məqsədi bəllidir və konkret olaraq, Makron, Borrel kimi siyasətçilərin başlatdığı təhlükəli oyunları icra edirlər:

"Burada Ermənistanın bütün baş verənlərdən düzgün nəticə çıxarmadığı, “alət” rolunu oynamaqda davam etmələri başa düşülən deyil. Ermənistan anlamalıdır ki, Fransa və digər imperiyapərəst güclərə, öz oyunlarını oynamaq üçün instrument lazımdır. Keçmiş tarixdə olduğu kimi, ermənilər yenə də qurbanlıq qoyun rolunu oynayacaqlar".

Süleyman İsmayilbəyli
Xəbəri paylaş