Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq paytaxt məktəblərində müxtəlif tədbirlər təşkil edilib.
Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri Bakının Yasamal rayonu, 53 saylı tam orta məktəbində baş tutub. Belə ki, 1 mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbin müəllimləri Arzu Dadaşova, Zümrüd Ağayeva, Könül Aslanova, Səadət İsmayılova və Zülfiyyə Hacıyeva şagirdlər üçün “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda dərs keçiblər.
Dərsin keçirilməsində əsas məqsəd şagirdlərə mülki müdafiə sahəsində innovativ texnologiyalardan istifadənin vacibliyi və bu texnologiyaların tətbiqi ilə bağlı yerinə yetiriləcək tədbirlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
Həmçinin, şagirdlərə mülki müdafiədə peyk texnologiyalarının tətbiqindən danışılıb. Onların hazırladıqları təqdimatlar dinlənib, sualları cavablandırılıb.
Süleyman