Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmiyyətimizə ağır zərbələr vuran "sosial verilişlər"in məqsədi nədir?

Cəmiyyətimizə ağır zərbələr vuran "sosial verilişlər"in məqsədi nədir?


Azərbaycanın televiziya məkanında yayımlanan və cəmiyyətimizə, onun gələcəyinə ağır zərbələr vuran "sosial veriliş"lərin fəaliyyətinə vaxt itirmədən son qoyulmalıdır. Ailə-məişət problemlərini bütün çılpaqlığı ilə hər kəsə nümayiş etdirən bu verilişlər xeyirdən çox ziyan vurmaqla məşğuldur. Mövcud efirləri izləyən və müəyyən düzəni olan ailələr oradan bir çox mühüm məsələlərdə lazımsız nümunələrin şahidi olurlar. Həmin ünsürlər digər ailələdə də ciddi problemlərin yaranmasına, hətta ailələrin dağılmasına gətirib çıxarır. Kimə lazımdır bu verilişlər - Xalqımızı, dövlətimizi sevməyən, ailə institutlarının məhv olmasını istəyənlərə lazımdır təbii ki! Ancaq buna imkan vermək olmaz. Qısa zaman kəsiyində televiziyalarda ciddi nizam-intizam qaydaları tətbiq olunmalı, yayımlanan bütün verilişlərə xüsusilə nəzarət edilməlidir.

Rayonlarda yaşayan, problemi olan, olmayan hamısı üz tutur efirlərə. Orada da onları gah zirvəyə qaldırırlar, gah da alçaldırlar. Verilişlərdən götürülüb sosial şəbəkələrdə paylaşılan bəzi videoçarxlara baxarkən vəziyyətin hansı səviyyədə olduğunu anlamaq olur. Hələ qısa bir fraqment mənə köklü surətdə mənfi təsir göstərir. Bu verilişləri başdan ayağa, hər gün izləyənlərin aqibətini düşünmək belə istəmirəm!

Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş