Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorff bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Newscenter.az Rusiya KİV-ə istinadən bildirir ki, buna səbəb Krım körpüsünü uzaqmənzilli raketlərlə dağıdan alman zabitlərinin səs yazısının yayılmasıdır.
Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi bir qərar olduğu halda “Taurus” raketlərinin necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyatı və texniki dəstəyi olmadan Ukrayna tərəfindən istifadə oluna biləcəyini müzakirə edirlər.
Səsyazmada “Taurus” raketlərinin Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krım yarımadasında tikilmiş Krım körpüsünü texniki cəhətdən məhv edə biləcəyi ilə bağlı müzakirələr də yer alıb.
Görüşdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Berlindən səs yazısındakı danışıqlarla bağlı izahat istəyib.
Anar Əliyev