Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almanlar tətildə daha çox Türkiyəyə üz tuturlar

Almanlar tətildə daha çox Türkiyəyə üz tuturlar


Almaniyalı turilətlərin yay tətili müddətində üz tutduqları əsas ölkə Türkiyə Cümhuriyyətidir.

Newscenter.az Alman Səyahət Agentlikləri Birliyinə (DRV) istinadən xəbər verir ki, Almaniyadan ən çox rezervasiya edilən 10 tətil yeri arasında Türkiyə İspaniyanı geridə qoyaraq birinci yerdədir. Almaniyada tətil paketləri üçün erkən rezervasiya rəqəmlərinin yanvar ayının sonunda keçən illə müqayisədə 30 faiz artdığı bildirilib.

Açıqlamada, 2019-cu ilin yay dövrü ilə müqayisədə rezervasiyaların sayının 11 faiz artdığı, lakin bunun hələ də Covid-19-dan əvvəlki səviyyədən 17 faiz aşağı olduğu qeyd edilib.

Türkiyənin ardından İspaniya, Yunanıstan və Misirin gəldiyi bildirilib.

Natiq Orucov
Xəbəri paylaş