Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib



Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Newscenter.az xəbər verir ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Süleyman
Xəbəri paylaş