Türkiyədə fındıq ixracatında artım tendensiyası müşahidə edilir.
Newscenter.az Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinə istinadın bildirir ki, Türkiyə 2023-2024 fındıq ixracat mövsümünün altı aylıq dövründə 1 milyard 212 milyon 662 min 624 dollar gəlir əldə edib.
Məlumata görə, 1 avqust 2023-29 fevral 2024-cü il tarixləri arasında xaricə 167 min 649 ton fındıq 1 milyard 212 milyon 662 min 624 dollara satılıb.
Natiq Orucov