Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimə etimadın artırılması və məktəbdə sağlam durumun bərqərar olması müzakirə edilib

Müəllimə etimadın artırılması və məktəbdə sağlam durumun bərqərar olması müzakirə edilib


Paytaxtın Nərimanov rayonu, 93 saylı tam orta məktəbində I-XI siniflərin valideyn komitələrinin iclası keçirilib.

Newscenter.az təhsil müəssisəsinə istinadən bildirir ki, məktəbin direktoru Xalidə İbrahimovanın iştirakı ilə keçirilən iclasda məktəbin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsindən danışılıb.

Həmçinin iclas zamanı müəllimə etimadın artırılması, sağlam durumun bərqərar olunması, şagirdlərin davranış qaydalarına əməl etməsi və digər neqativ halların yol verilməsinin dərhal qarşısının alınması kimi məsələlər də müzakirə edilib. İclasda bu kimi neqativ halların baş verməsi zamanı müvafiq tədbirlərin görülməsi ilə əlaqəli söhbət aparılıb.

Süleyman
Xəbəri paylaş