Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Navalninin ölümü Putin hakimiyyətini ciddi şəkildə silkələməkdədir

Navalninin ölümü Putin hakimiyyətini ciddi şəkildə silkələməkdədir


Aleksey Navalnının dirisi kimi, ölüsü də Kreml rəhbəri üçün problemə çevrilib. Belə ki, Navalnının saxlanıldığı həbsxanada qeyri-müəyyən şəraitdə ölməsi Avropada, xüsusilə də Rusiyaya qarşı bir növ düşmən mövqedə dayanan ölkələrdə ciddi etiraz yaradıb və onun ölümündə birbaşa Putin günahkar bilinib. Vəziyyət o həddə çatıb ki, hətta Navalnıya görə Rusiyaya qarşı sanksiya da tətbiq edilib.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Avropa İttifaqı Parlamenti Rusiya prezidenti Vladimir Putinlə bağlı yeni qətnamə qəbul edib. Onun spzlərinə görə, bu qətnamə həbsdə dünyasını dəyişən Rusiya müxalifətinin lideri Aleksey Navalninin ölümündən dolayı, hüquqi və siyasi məsuliyyətin Rusiya prezidenti Vladimir Putinin üzərində olduğunu təsdiqləyən sənəd hesab olunur:

"Bilirik ki, Putinin barəsində çoxsaylı qətnamə və ittihamlar irəli sürülüb. Beynəlxalq cinayət işi açılıb və hətta beynəlxalq həbs orderi belə verilib. Əslində Rusiya müxalifətinin lideri Aleksey Navalninin ölümü, Rusiyada Putinin reytinqini kəskin şəkildə aşağı düşürdü. Navalninin həyatına son verilmə qərarı, iki il öncə Rusiyanın Ukraynaya hücum qərarının nə qədər yanlış hesablamalara söykəndiyi kimi, səhv və təhlükəli qərar hesab edilə bilər".

Ekspert hesab edir ki, bu qərarın da arxasında Putin hakimiyyətinin sonunu tezləşdirmək siyasəti dayanır:

"Çünki ölkədə prezident seçkiləri ərəfəsində, iddialara görə yanlış məlumatlar nəticəsində aradan götürulən Aleksey Navalninin ölümü, artıq Rusiyada ciddi şəkildə Putin hakimiyyətini silkələməkdədir və Rusiyanı dəyişə biləcək hadisələrin baş verməsi çox yaxında görünür. Navalnisiz yoluna davam edən Rusiya, Putinsiz Rusiya yolunu gedə biləcəkmi?.

Anar Əliyev
Xəbəri paylaş