Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt üzrə 39 mərkəzdə olimpiada və müsabiqə keçirilib

Paytaxt üzrə 39 mərkəzdə olimpiada və müsabiqə keçirilib



Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin şəhər mərhələsi paytaxt üzrə 39 mərkəzdə keçirilib. Olimpiada və müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 13 655 şagird iştirak edib.

Newscenter.az xəbər verir ki, məktəblilərarası fənn müsabiqələri VI sinif şagirdləri üçün riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri üçün keçirilib.

Qeyd edək ki, şagirdlər 19 mart tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə nəticələrini əldə edə bilərlər.

R.Mehdiyeva
Xəbəri paylaş