Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

Piyada diqqətsizliyi ağır qəzaya səbəb olub


Bu gün saat 14:15 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yol təmiri maşını(drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

Newscenter.az quruma istinadən bildirir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır.

Süleyman
Xəbəri paylaş