Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda yenidən zəlzələ oldu

Qazaxıstanda yenidən zəlzələ oldu


Qazaxıstanda yenidən zəlzələ olub.

Newscenter.az[/b] "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, yeraltı təkanlar bu dəfə də Almatı şəhərində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, zəlzələ Çin ərazisində baş versə də, lakin Almatı şəhərində də hiss edilib. Almatıda zəlzələ 2 bal gücündə qeydə alınıb.

Seysmik stansiyalar şəbəkəsi də baş verən zəlzələnin episentrinin Almatıdan 255 kilometr cənub-şərqdə, Çin ərazisində olduğunu təsdiqləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında da Almatıda 5 bal gücündə zəlzələ olub.

[b]Mehman Mehdiyev
Xəbəri paylaş