Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin Ermənistan siyasəti iflas ola bilər

Qərbin Ermənistan siyasəti iflas ola bilər


Ermənistan hakimiyyətinin Qərblə Rusiya arasında seçim etmək imkanlarını götür-qoy etməsi ictimai fəalllar, eləcə də sadə insanlar tərəfindən heç də normal qarşılanmayıb. Artıq ölkədəki Rusiyameyilli təşkilat və qurumlarla qərbmeyillilər arasında mümkün insdentin işartıları görünür.

Newscenter.az-ın xəbərinə görə, Ermənistanda cərəyan edən prosesləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda "Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı tərəfindən İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin çıxarılmasını tələb edən etiraz aksiyası keçirilib. Onun sözlərinə görə, bu etiraz aksiyası hakimiyyət tərəfindən təşkil edilib və Rusiyaya qarşı ictimai etirazın başladılmasının tərkib hissəsidir:

"Bir neçə gün bundan əvvəl, hakim "Mülki Müqavilə" partiyasının funksionerləri və hakimiyyət rəsmiləri Rusiyanın Yerevan aeroportundan sərhəd xidmətinin çıxarılmasının vacibliyini qeyd ediblər. Artıq Yerevan küçələrində "Rədd olsun Rusiya" etirazları səslənir və bu kimi şüarların Gümrüdə 102-ci Rusiya hərbi bazasının ətrafında səslənməsinə qədər davam edəcək.
Ermənistanda Rusiya hərbçilərinin çıxarılması üçün ictimai kampaniya başlayıb və ilkin olaraq bunu aeroportdan həyata keçirilməsi planlaşdırılıb".

Politoloq qeyd edib ki, N.Paşinyanın Yerevanda Rusiya hərbçilərinin çıxarılması üçün geniş xalq etirazını da təşkil etməsi mümkündür:

"Bu təzyiqlər qarşısında Rusiyanın Yerevan aeroportundakı sərhədçilərini çıxarması mümkündür. Amma, hərbiçilərini ölkədən çıxarması gözlənilmir. Bu proses Ukrayna cəbhəsində hərbi əməliyyatlardan asılı olacaq. Bu gün Qərbin Ermənistanda anti-Rusiya siyasəti onda effektli ola bilər ki, Ukraynada Rusiya ağır məğlubiyyətə ugradilsin. Rusiya Ukraynada əhəmiyyətli irəliləyiş əldə edərsə, Qərbin Ermənistan siyasəti iflas ola bilər".

Süleyman
Xəbəri paylaş