Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır

Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır


Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.

Newscenter.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Sona
Xəbəri paylaş