Müqəddəs Ramazan ayının sonunda imkansız ailələrə verilməli olan fitrə zəkatının miqdarı bəlli olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanda fitrə zəkatının miqdarı adambaşına 640 tenge olaraq müəyyənlöəşib.
Bu barədə qərar Qazaxıstan Müsəlmanları Dini İdarəsinin ümumi yığıncağında qəbul edilib. İdarənin yaydığı xəbərdə deyilir ki, fitrə zəkatının ölkə üzrə iki kiloqram unun orta qiyməti əsasında 640 təngə səviyyəsində təsdiqlənməsi qərara alınıb.
Məlumat üçün qeyd edək ki, bu il müqəddəs Ramazan ayı martın 11-də başlayır.
Mehman Mehdiyev