Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistanı hərbi yolla işğal edər, amma Ermənistandan çıxmaz

Rusiya Ermənistanı hərbi yolla işğal edər, amma Ermənistandan çıxmaz


"Ermənistan Rusiyadan uzaqlaşmasının mesajlarını verməkdən real fəaliyyətə keçib.
Hava limanının idarəçiliyinin FSB-dən alınması və 102-ci bazanın bağlanması barəsində
verilən mesajlar, eyni zamanda, KTMT-də fəaliyyəti dayandırmaq barədə rəsmi bəyanat verilməsi onu deməyə əsas verir ki, Ermənistan artıq real işə keçir".

Bu fikirləri Newscenter.az-a politooq Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiya üçün bu məsələlər həm strateji, həm də imic məsələsidir:

"Rusiyanın Ermənistanın bu istəklərini yerinə yetirməsi nəinki praktik, heç nəzəri olaraq da mümkün deyil. Bu, Rusiyanın Qafqazdan çıxması deməkdir. Ermənistan Rusiyaya olan borclarını ödəsə belə, Rusiya Ermənistandan çıxmaz. Rusiya bunun üçün hər şeyə əl atar, amma Ermənistandan çıxmaz".

Politoloq deyib ki, Ermənistan rəhbərliyi bu məsələni daha ciddi hala gətirsə, hakimiyyətin hansı yolla olursa-olsun devrilməsi qaçılmaz olar:

"Rusiya Ermənistanı hərbi yolla işğal edər, amma Ermənistandan çıxmaz. Məsələ ondadır ki, bu tək Ermənistan məsələsi deyil".

Azər Qasımov deyib ki, bunun səbəbləri Ermənistandan böyükdür:

"Hazırda Ermənistan Rusiya üçün bir ərazidir. Ermənistan Rusiya üçün NATO ölkəsi ilə sərhəddir. Bunun Türkiyə olması məsələni dəyişmir. Dünyada de-fakto NATO-Rusiya qarşıdurması açıq şəkil almağa başlama görüntüləri sərgilədiyi bir vaxtda Ermənistanın istəyi Rusiyanın təhlükəsizliyinə təhlükədir. Ona görə Rusiya ən yaxşı halda Ermənistan rəhbərini aradan götürmək istəyəcək. Ən pis halda isə Ermənistan sözün hərfi mənasında elə əraziyə çevriləcək. Ətraf ölkələr həmin ərazidən öz paylarını götürəcək".

Süleyman
Xəbəri paylaş