Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, sözügedən nümayəndə heyətinin Azərbaycana Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə əməkdaşlığın yeni inkişaf perspektivləri müəyyən edildi, gələcək imkanlar götür-qoy edildi:
"Almaniya Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq həm Bakı, həm də Berlin üçün faydalıdır".
Arzuman Muradlı deyib ki, yaxın perspektivdə alman iş adamlarının Azərbaycana sərmayə qoyuluşu da arta bilər.
Anar Əliyev