"Zaman yetişib ki, Bakıda Qafqaz İslam Ordusunun Komandanı Nuru Paşanın abidəsi ucaldısın".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. Millət vəkili bildirib ki, eyni zamanda Nuru Paşanın adı paytaxtdakı prospektlərdən, küçələrdən birinə verilə bilər:
"Xüsusilə, Nuru Paşanın doğumunun 135 illiyi, vəfatının isə 75 illiyində belə bir addımın atılması məqsəduyğun olardı".
Məlahət İbrahimqızı əmin olduğunu bildirib ki, müvafiq qurumlar bu istiqamətdə lazım olan adımları atacaqlar.
Süleyman