Çanaqqalada baş verən 4,9 bal gücündə zəlzələ bir nəfərin həyatına son qoyub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib
Nazir bildirib ki, Çanaqqalada baş verən 4,9 bal gücündə zəlzələ zamanı Bursansanın Nilüfer rayonunda vətəndaşlarımızdan biri qorxusundan ikinci mərtəbədən atılaraq ağır yaralanıb və xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Çanaqqalada baş verən zəlzələ İstanbul daxil olmaqla bir sıra şəhərlərdə də hiss edilib.
Mehman Mehdiyev