Çin qarşıdakı illərdə dost və ittifaq ölkələri ilə yanaşı, digər ölkələrlə də daha çox iqtisadi əlaqələrə üstünlük verəcək. Bunun üçün Çin azad ticarət sazişləri imzalamaq üçün daha çox ölkə ilə danışıqları davam etdirmək niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK, Parlament) 2-ci sessiyasının açılışında təqdim olunan hökumətin işi haqqında hesabatda deyilir.
Sənəddə qeyd edilir ki, artıq qüvvəyə minmiş azad ticarət sazişlərinin həyata keçirilməsini təşviq etmək, investisiya sazişləri və azad ticarət sazişlərinin imzalanması üçün daha çox ölkə və regionla danışıqlar aparmaq lazımdır.
Sənəddə Ümumdünya Ticarət Təşkilatının islahatlarından da bəhs edilir. Qeyd edilir ki, Çin ÜTT-nin islahatlarında tam və dərindən iştirak edəcək, açıq dünya iqtisadiyyatının inkişafına kömək göstərəcək.
Natiq Orucov