Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənublu soydaşlarımız öz iradələrini ortaya qoysunlar

Cənublu soydaşlarımız öz iradələrini ortaya qoysunlar


"Cənublu soydaşlarımıza müraciət edərək bildirmək istəyirəm ki, öz iradələrini ortaya qoysunlar. Necə ki, 44 günlük müharibə zamanı cənublu soydaşlarımız İran ərazisindən Ermənistana sulah-sursat, hərbi texnika daşınmasına etiraz etdilər, indi də eyni iradəni nümayiş etdirib İran vasitəsilə Ermənistanın silahlandırrılmasına qarşı çıxmalıdırlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fəzail Ağamalı səsləndirib. Millət vəkili deyib ki, bu gün də İkinci Qarabağ müharibəsində olduğu kimi Ermənistana İran ərazisi vasitəsilə silah-sursat, hərbi texnika ötürülür.

Fəzail Ağamalı deyib ki, Ermənistanı silahlandıran ölkələr regionda yeni bir gərginliyin, müharibənin başlanmasına çalışırlar.

Süleyman
Xəbəri paylaş