Yaxın vaxtlarda daha bir neçə ölkə BRİKS-ə qoşula bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, BRİKS-ə qoşulmaq üçün yeni müraciətlər qəbul edilir. Lakin Uşakov təşkilata hansı ölkələrin qoşulacağını açıqlamayıb. Uşakov onu da deyib ki, lakin bununla genişlənmənin ikinci dalğasının başlandığını söyləmək hələ tezdir:
"Əgər keçən il keçirilən Yohannesburq sammitində iyirmidən bir qədər çox belə müraciət var idisə, bu gün bir sıra yeni müraciətlər daxil olub. Bir çox dövlətlərin BRİKS-ə marağı yalnız alqışlana və stimullaşdırıla bilər”,-deyə Uşakov bildirib.
Qeyd edək ki, BRIKS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlərİ Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasıdır. BRİKS ölkələri Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna rəqib təşkilat mexanizmi daşıyır.
Mehman Mehdiyev