Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova ümrə ziyarətinə gedib

Deputat Jalə Əhmədova ümrə ziyarətinə gedib


Milli Məclisin deputatı Jalə Əhmədova ümrə ziyarətinə gedib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı deputat özü facebook səhifəsində verib.

"Müsəlmanların qibləsi, Beytullah, Kəbə əl Müşərrəfi ziyarət etmək mənə də nəsib oldu.
Xeyli zaman idi ki, bu müqəddəs ziyarətə hazırlaşırdım. Lakin əvvəlcə pandemiya, ardınca İkinci Qarabağ müharibəsi, daha sonra doğmalarımın itkisi, məni bu niyyətimdən uzaq salmışdı. Nəhayət qəti qərar verdim. Torpaqlarımızın tam qaytarılması, xalqımızın sevinci fikrimi qətiləşdirdi və düşündüm ki, artıq rahat ürəklə gedib Allah evini ziyarət etməyin tam zamanıdır".

Jalə Əhmədova daha sonra bunları qeyd edib:

"Yaşadığım o möhtəşəm hisləri sizlərə sözlə istədiyim kimi ifadə edə bilməyəcəyəm. Lakin onu söyləyə bilərəm ki, xalqımızın, dövlətimizin rifahı, əmin-amanlığı və daha gözəl gələcəyi üçün bütün anaların övladlarına, şəhidlərimizin ruhuna, qazilərimizin şəfasına, hər kəsin ailəsində xoşbəxtliyin bərqərar olmasına bol-bol dua etdim, əzizlərim.

Allah hər bir müsəlmana bu ziyarəti nəsib etsin. Mənimlə yol yoldaşı olan zəvvar qardaş və bacılara, Vətənə qayıdanda məni qarşılamağa gələn dostlara, duaları mənimlə olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Yaxşılıqlara, haqq-ədalətə inanan birisi olaraq arzu edirəm ki, dünyamızda hər zaman sülh və xoşbəxtlik hökm sürsün".



Süleyman
Xəbəri paylaş