"Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Qürurvericidir ki, Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova səsləndirib. O bildirib ki, hər bir idman qələbəsi, xüsusilə, mötəbər yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir və beynəlxalq statusu daha da möhkəmləndirir:
"Ona görə idmanın hər bir ölkənin həyatında çox vacib rolu var".
Millət vəkili, "Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan, Vətənə böyük qələbələr qazandıran, Ölkəmizin idman şöhrətini yüksəklərə qaldıran idmançılarımızı Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edir, yeni qələbələr və nailiyyətlər arzulayırıq",-deyə bildirib.
Anar Əliyev