2023-cü ildə Ombudsman Aparatına 29410 müraciət daxil olub.
Newscenter.az xəbər verir ki, bu fikirləri Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabat verərkən səsləndirib. Səbinə Əliyeva bildirib ki, bu göstərici 2022-ci ildə daxil olan müraciətlərdən təxminən 10 faiz çoxdur.
Ombudsman deyib ki, daxil olan müraciətlərin həlli istiqamətində müvafiq dövlət qurumlarının, hüquq-mühafizə orqanları və məhkəmələrlə koordinasiyalı şəkildə iş aparılıb və həmin müraciətlərin həllinə nail olmaq məqsədilə müvafiq işlər görülüb:
"Zərurət yarandığı təqdirdə digər müvafiq dövlət orqanlarına da müraciət edilib".
Süleyman