"Hesab edirəm ki, müharibə iştirakçıları üçün müəyyən edilmiş aylıq 80 manat olan müavinətin məbləğinin artırılmasına ehtiyac var".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli səsləndirib. Millət vəkili bildirib ki, bir neçə ildir ki, həmin müavinətin məbləğinin artırılması təklif edilsə də, lakin bu reallaşmır:
"Ümid edirik ki, tezliklə müharibə iştirakçıları üçün təyin olunmuş 80 manat müavinətin məbləği artırılacaq".
Əli Məsimli son illər ölkədə pensiya və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirləri də təqdir edib.
Süleyman