"2023-cü ildə ölkədə 90 milyon ton neft hasil edilib. Bu göstərici, 2022-ci ildəkindən 6,9% çoxdur".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu energetika naziri Almasadam Satkaliyev deyib.
Nazirin sözlərinə görə, neft ixracı da artaraq 70,5 milyon ton və ya 109,6% təşkil edib.
"Xəzər Boru Kəməri Konsorsiumunun Qazaxıstan hissəsində maneələrin aradan qaldırılması layihəsi başa çatıb. Bununla da ötürücülük qabiliyyəti ildə 72,5 milyon tona çatdırılıb. "Transneft" SC-nin yeni sistemi vasitəsilə Qazaxıstan nefti "Drujba" nefti ilə Almaniyaya nəql edilib" - deyə, nazir bildirib.
Natiq Orucov