İsrailin Qəzzada başladığı hərbi əməliyyatlardan keçən müddət ərzində 13430 uşaq qətlə yetirilib.
Newscenter.az xəbır verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada belə deyilir.
Bildirilib ki, İsrail ordusu oktyabrın 7-dən bu yana Qəzza zolağında müdafiəsiz Fələstin xalqı, mülki əhali, uşaq və qadınlara qarşı 2675 hücum həyata keçirib.
Ümumiyyətlə, bu müddət ərzində Qəzzada 70 faizi qadın və uşaq olmaqla 30534 nəfər həlak olub, 71920 nəfər yaralanıb.
İsrailin Qəzzada təşkil etdiyi hücumlarda həmçinin 132 jurnalist həlak olub.
Mehman Mehdiyev